Abdullah b. Caxş Səriyyəsi və Bətni-Nəhlə Hadisəsi

Mədinəyə basqm hazırlığı görən Qüreyşin hərəkətindən xəbər almaq üçün Peyğəmbər əfəndimiz, Rəcəb ayınm son günlərində, Məkkə tərəfinə bibisinin oğlu Abdullah b. Caxş əmrində, 8 nəfərlik bir səriyyə göndərdi. Sadəcə iki gün sonra açmaq üçün Abdullaha bir məktub vermişdi. Məktubda, Məkkə ilə Taif arasındakı Nəhlə vadisinə qədər gedilməsi, Qüreyşin fəaliyyətləri haqqında məlumat toplanılması istənilirdi.

Davamı →

İnsanın yaradılış hikməti

Kainatın yaradıcısı və onun yeganə sahibi və hakimi Uca Allah, ucsuz-bucaqsız aləmlərin kiçik bir hissəsi olan dünyamızda, digər varlıqlarla birlikdə insanı da yaratmışdır. Varlıqlar içində ən mükəmməl bir şəkildə yaratdığı insanı, dünyada xəlifə təyin etmiş və insan nəslini yer üzündə iman üçün vəzifələndirmişdir. Varlıqlar içində yalnız insanlara və insanların duyğu orqanlanyla idrak edilə bilməyən varlıqlar olan cinlərə düşünmə, anlama, öyrənmə və iradəsini istifadə etmə qabiliyyəti verərək bu iki varlıq növünə ilahi əmrlərə tabe olmağı əmr etmişdir. Yalnız insanlara və cinlərə verilən bu qabiliyyətlərə sahib olmayan digər bütün canlılar isə, ümumi mənada instinktləriylə (hisləriylə) hərəkət edərlər. Hərəkətləri müəyyən və məhduddur, özləri üçün təyin olunmuş dairənin xaricinə çıxa bilməzlər.

Davamı →

İslam tarixinin qaynaqları

Əlimizdəki mövcud İslam tarixlərinə baxdığımız zaman müəlliflərin yazdıqları əsərləri xüsusilə bu altı başlıq altında ayn-ayn, ya da ümumi tarix olaraq bir yerdə toplamamız mümkündür.

  • 1. İslamdan əvvəlki peyğəmbərlər və millətlər tarixi.

  • 2. Peyğəmbərimizə aid siyər və məğazi tarixi.

  • 3. Ölüm, doğum ya da dövr sırasına görə (tabakat) səhabə və alimlərin həyatlarım əsas alan tarixlər.

  • 4. Bölgə ya da dövlətlər sırasına görə siyasi tarixlər.

  • 5. Ayə və hədislərdə xəbər verilən gələcək əsrlər içərisində olması gözlənilən hadisələr tarixi. Buna Fitən, Məlahim və Qiyamət tarixi də deyə bilərik.

  • 6. Şəhərlər tarixi- Şam, Bağdad, Vasit, İsfahan və.s şəhər tarixi kimi əsərlər.


Davamı →

Tarixin əhatə etdiyi mövzular

Tarix keçmişdə cərəyan edən hadisələrin nəqli olduğundan, çox genişdir. Buna görə tarix elmində bütün şöbələriylə kamala çatmış bir tarixçi göstərmək çox çətindir. Tarix, hadisələrin cərəyan etdiyi yer və ölkələr baxımından coğrafiya elmini, insanla əlaqədar olduğu üçün sosiologiyanı, bizdən əvvəlkilərin məlumat və tapıntılarını da nəql etdiyi üçün riyaziyyat, tibb, hüquq, fəlsəfə, əxlaq kimi elmlərin ümumiləşdirmələrini də əhatə edir. Hətta bütün elmlərin incələnməsi eynilə tarixçiliyi tələb etdiyindən elmlər tarixinə də uzanır.


Davamı →

Gələcək imamı Kərbəlada niyə öldürmədilər?

Həyat-ən güclü mətn
Bu yazını keçən ildən içimdə gəzdirirəm. Kinolar, seriallar və digər işlər heç cür imkan vermir ki, vaxt edib özümlə hər yerə apardığım fikirləri Word-ə köçürüm.
Düzdür, burada bir az məsuliyyətdən yaranan bəhanələr də var, çünki haqqında söz açacağım şəxsiyyət barədə yazmaq gecə vaxtı əlində şam işığıyla qaranlıq meşəyə girməkdən daha müşkül məsələdir.

Davamı →

Ayətullahları Allahdan və peyğəmbərindən çox sevənlər

Azərbaycanlılar iki cür dindar olur: ya özləri də bilmədən yaşadıqları coğrafiya, doğulduqları ailənin inanclarını mənimsəyir (təklif edirəm ki, buna genetik dindarlıq deyək), ya da müəyyən yaşdan sonra kimlərinsə təsirinə düşüb sürü psixologiyası ilə müəyyən şeylər qarşılığında dindar olurlar (bu adamlara da casus dindarlar deyək).

Davamı →

Qurani-Kərimdə dində məcburiyyət yoxdur ideyası

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur, çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal “əməllər niyyətlərə görədir” prinsipinə də uyğun gəlmir. Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır.

Davamı →

Müasir dövrdə İslam və Fəzlur Rəhman hermenevtliyi

İnsan özlüyündə sosial bir varlıqdır – icma halında yaşamaq, onun təbiətindən irəli gəlir. İnsanın ən təməl ehtiyacı olan konatus (həyatda qalma) üçün sosiallıq şərtdir. Cəmiyyət isə nizam əsasında mövcuddur. Nizamın təməli hüquq və ədalət, bunların əksi isə insanın təməl ehtiyacı olan konatusla ziddiyyətə girən anarxiya və xaosdur. Hüquq, ədalət və qanundan danışdığımız yerdə, bunların arxasında mütləq mənada gücün dayandığını da nəzərə almalıyıq. Güc isə özlüyündə boyun əydirmə, itaət etdirmədir. Ədalət və hüquq  öz mövcudluqlarını gücə borcludur, obrazlı desək qanunu qılınc yaradır.

Davamı →

Müasir Misir nəsrində Xristianlıq və İslam

Baha Tahir təkcə vətənində deyil, ölkə sərhədlərindən kənarda da məşhur olan Misir yazıçılarından biri hesab edilir. Onun 1991-ci ildə nəşr edilən «Xalam Safiya və monastır” romanı bir çox ədəbiyyatçıların marağına səbəb olmuşdur. Bu roman əsərdəki təhkiyəçinin bədii zaman strukturunda bəhs etdiyi uşaqlıq illəri haqqındadır.
Roman Safiya adlı gözəl qızın qohumu Hərbiyə qarşı olan nakam məhəbbətindən bəhs edir. Lakin Hərbi konsul məqamına yüksələn altmış yaşlı əmisinin Safiyə ilə nişanlanmasına vasitəçilik edir. Qız nikaha razılıq verir və onun sevgisi ərinə yönəlir. Lakin bu sevgi səmimiyyətdən uzaqdır. Qəlbində Hərbiyə qarşı nifrət yaranan Safiyə onu məhv etmək qərarına gəlir.

Davamı →

Həzrət Mariya

Peyğəmbərimizin indiyə qədər həyat və fəzilətləri barədə verdiyimiz məlumatlarda xanımları ilə yanaşı bir də Mariyə adlı kənizilə bağlı yazılar da var idi. İslamiyyətdə kəniz mövzusu ilə bağlı fikirləri “Xanımlara fitvalar” adlı əsərimizin 52-62-ci səhifələrində geniş şəkildə şərh etdiyimiz üçün burada ancaq Mariyə ilə bağlı qısa bir məlumat vermək istəyirik.
Peyğəmbərimiz hicrətin 7-ci ilində müxtəlif hökmdarları İslam dininə dəvət etmək üçün elçilər göndərmişdi. Hətib ibn Əbibəltaanı da Misir hökmdarı Müqəvqisə göndərmişdi. Müqəvqis Peyğəmbərimizin elçisini çox yaxşı qarşılamış, lakin səltənətinin əlindən çıxmasından qorxduğu üçün müsəlmanlığı qəbul etməmişdi.

Davamı →